Dövlət Duması Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START) iştirakının dayandırılması haqqında qanunu qəbul edib.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsinə baxılıb və qanun qəbul olunub.
Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.
Bizim.Media