Azərbaycandan növbəti 25 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bir həftə davam edəcək ziyarətin qiyməti 1300 dollardır.
Növbəti zəvvar qrupu isə martın 6-13-ü tarixlərində ziyarətə gedəcək. Verilən məlumata görə, ziyarətə hər yaş qrupundan olan insanlar getsə də, yaşlı və orta yaşlılar üstünlük təşkil edir.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota və qiymətlər hələ açıqlanmadığı üçün sənəd qəbulu aparılmır.
Aygün İbrahimli, Bizim.Media