“Ukraynaya qarşı müharibədə Rusiya qoşunları əsas səylərini beş istiqamətdə hücum əməliyyatları keçirməyə cəmləşdirir: Kupyansk, Limansk, Baxmut, Avdeyev və Şaxtyor”.
Bizim.Media bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında deyilir.
Qeyd olunur ki, düşmən qruplaşmaları əsasən Volın, Polesye və Slobojan istiqamətlərində hücum edir:
“Eyni zamanda, Rusiya Federasiyası Ukraynanın kritik infrastrukturunu məhv etməkdən əl çəkmir, zərbələri davam etdirir. Mülki obyektləri və mülki əhalinin evlərini artilleriyadan atəşə tutur".
Bildirilib ki, gün ərzində Rusiya ordusu Xersonun mülki infrastrukturuna raket sistemlərindən 30-dan çox hücum edib.
Bizim.Media