Rusiya 19 ölkənin vətəndaşlarına 6 aya qədər viza verə biləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətinin təsdiq etdiyi qərara əsasən, müəyyən mehmanxana və hotel bron edən 19 ölkənin vətəndaşlarına viza rejiminin sadələşdirilməsi təmin ediləcək.
Sənədə görə, bu ölkələrin siyahısına Türkiyə, Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Koreya Xalq Demokratik Respublikası, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Filippin və Oman daxildir.
Bizim.Media