Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.
Bizim.Media “TASS”a istinadən xəbər verri ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Kremlin telefon danışığının yekunlarına dair bəyanatda Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarının regionda nizamlanmaya kömək etmədiyini və özünəməxsus geosiyasi fona malik olduğu qeyd edilib:
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusunu müzakirə edərkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin mülki missiyasını yerləşdirmək qərarı Transqafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi fona malikdir. Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensusun olmaması vurğulanıb”.
Bizim.Media