Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantəpin Nurdağı konteyner şəhərini ziyarət ediblər.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti səfərdən sonra mətbuata açıqlamalar verib.
O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib:
“Növbəti bir ayda 18 min 544-ü Qaziantəpdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9 min 130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantəpin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”.
Ərdoğan bildirib ki, hazırda Qaziantəpdən 87 min vətəndaş digər vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxs çadırlarda, 4500-ə yaxın sakin isə konteynerlərdə yerləşdirilib.
Bizim.Media