Bu klub yaradılanda sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bəziləri yaradılan “Evdar Kişilər” qrupunun zarafatla, müvəqqəti yaradıldığına inanırdılar. Lakin gözləntilər özünü tam əksinə göstərdi.
Qrup ölkədə hökm sürən sərt karantin rejiminin bir günü - 24 martda bəlkədə yarı zarafat-yarı ciddi yaradıldı, ancaq daha sonra sosial ağırlığı onu bir kişi yığıncağına çevirdi.
Əvvəl “Evdar Kişilər” adı ilə yaradılan qrup, müharibə zamanı qrupun üzvlərindən olan aktyor, videobloqer Taleh Yüzbəyovun təklifi ilə “Kişilər Klubu” adına dəyişdirilib.
Biz də bu gün populyarlığı günü – gündən artan, 68.000 istifadəçisi olan “Kişilər Klubu” qrupunun yaradıcısı, ideya müəllifi Vəfadar Babayevlə söhbət etdik.
O, qrupun yaranma səbəbindən, müzakirə olan mövzularındən və qrupa üzv olan məşhurlardan söz açıb. Onun sözlərinə görə qrupda hətta yüksək vəzifəli məmurlar da var.
Vəfadar 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan üzvlərinin olduğunu kədər hissi ilə qeyd edib.
Bizim.Media Vəfadar Babayev ilə olan maraqlı videomüsahibəni təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media