Rəqsanə Təranənin iki qızını HİMAYƏSİNƏ GÖTÜRƏCƏK – VİDEO

“Bu hadisə bir aydır baş verib. Jurnalist dostlarımdan xahiş etdim ki, bu məsələ haqda yazmasınlar. Təranənin övladları qız uşaqlarıdır. Onların gələcəyi var. İstəmirəm ki, bu mövzü çox hallansın. Uşaqları düşünürəm. Bu həyatda hər bir insanın səhvi ola bilər. Təranənin etdiklərini səhv bilərək, sona kimi onun yanında olacağam. Bunu özünə də demişəm. Təranəyə icazə veriləndə, o çıxıb, mənə zəng vurur. Onunla telefonda danışıram. Ozünə demişəm ki, onun Suel və Adel qızlarını himayəmə götürəcəyəm. Bir həftədən çox idi ki, onun qızları yanımda qalırdı. Əlimdən gələni onlar üçün etdim. Dünən isə onları aparıb, uşaq evinə qoydum (ağlayır)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “Ümid ilə gəl” ictimai-sosial verilişinin canlı efirinə telefonla qoşulduğu zaman deyib. 

Sənətçi bildirib ki, hazırda haqqında həbs qəti imkan tədbiri seçilən prodüser Təranə Səmədovanın uşaqları 13 yaşlı Sueli və yeddi aylıq Adeli himayəsinə götürəcək: 

“Çox çətindir... Düşünürəm ki, necə doğma ana, ata öz övladlarını aparıb uşaqlar evinə qoyurlar?  Onların necə ürək və vicdanları var? Bunları yaşamaq o qədər mənim üçün çətindir. Dünəndən yeməyi önümə qoyub, çörəyi ağzıma apara bilməmişəm. O qədər mənə pis təsir edib. Onların mənə o gözləri ilə arxaya dönüb baxması...Suel gəlib məni qucaqlayıb, söylədi ki, Rəqsanə xala bizi burada qoyma. Bizi gəlib buradan aparacaqsan? Bu dövlətin qoyduğu qayda-qanun var. Uşaqların nə ata, nə də ki ana tərəfdən qohumları deyiləm. Sadəcə illərdir Təranə ilə birlikdə çalışmışam. Ailəsində olmuşam. Baxmayaraq ki, Təranə ilə mənim münasibətim yaxşı olmayıb, amma bu, o demək deyil ki, Təranə bu gün yıxılıb, mən buna sevinib, əl çalmalıyam. Təranə sahibsizlikdən, tək qaldı... Ona görə onun başına bu işlər gəldi. Belə şeylərə sevinmək olmaz. Allahdan qorxuram. Mənim də övladlarım var. Əlimdən gəldiyi qədər Təranənin uşaqlarının yanında olacağam. Təranəyə də kömək edəcəyəm. İnsandır da, səhv edib...”.

Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) “Təranəni narkoloji dispanserə sən aparmışdın?” sualına Rəqsanə “Hə” cavabını verərək, fikirlərini belə davam etdirib: 

“Təranəni müalicə alması üçün reabilitasiya mərkəzlərinin birinə apardıq. O bir müddət orada qalaraq, müalicə aldı. Ondan sonra onu axtarışa verdilər. Oradan Təranəni çıxardıb, istintaqa gətirdilər. Məhkəmənin qərarı ilə Təranəyə bir ay 20 gün müddətinə həbs qəti imkan tədbiri seçildi. Gələn həftə iş məhkəməyə verilməlidir. Müstəntiq ilə mütəmadi olaraq danışıram. Təranənin məhkəmə işi ilə maraqlanıram”. 

İsmayılova bildirib ki, Təranənin nikahdan kənar dünyaya gətirdiyi qızı Seulin atası nağara ifaçısı Abbas Cəfərovu evinə çağıraraq, övladına sahib çıxmasını istəyib: 

“Abbası evimə çağırıb, onunla qarşı-qarşıya əyləşib, danışmışam. Demişəm ki, başa düşürəm Təranə sənin adını çəkməklə sənin adına ləkə gəlib. Amma 13 ildir ki, Təranə səndən övlad böyüdüb. Sən bunu istəsən də, istəməsən də sən Suelin atasısan. Dünən Kəmalə xanımla da məsləhətləşdim (Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə - red.). Çox istəyərəm ki, atalığı təsdiq olunsun. Abbas Suel qızının alimentini ödəsin. Əgər anası həbs olunubsa, Təranənin övladına Abbas sahib çıxmalıdır. Təranənin vəkili gələcək, məhbusxanadan o ərizə yazacaq ki, mən həbsdən çıxana qədər uşaqlarımın etibarnaməsini yalnız Rəqsanə və onun həyat yoldaşı Fazil Əmiraslanova verəcəyəm” 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

"Həyatımda içki və siqaret yoxdur"

"Həyatımda içki və siqaret yoxdur"

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

63 yaşlı qadını maşın vurub öldürdü

63 yaşlı qadını maşın vurub öldürdü

Şeyma Subaşı SAXLANILDI

Şeyma Subaşı SAXLANILDI

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

“Beşiktaş” “Spartak”ın futbolçusu ilə danışıq aparır

“Beşiktaş” “Spartak”ın futbolçusu ilə danışıq aparır

Müğənnidən diqqətçəkən AÇIQLAMA: “10 ildir kirayədə yaşayıram, maşınım da yoxdur” - VİDEO

Müğənnidən diqqətçəkən AÇIQLAMA: “10 ildir kirayədə yaşayıram, maşınım da yoxdur” - VİDEO

Paşinyanın düşməni olan biznesmen ev dustaqlığına BURAXILIR

Paşinyanın düşməni olan biznesmen ev dustaqlığına BURAXILIR

End of content

No more pages to load

RADİO