Xankəndidən İrəvana uzanan qərarqəbuletmə zənciri

İrəvan 10 noyabr razılaşmasını imzalamaqla Qarabağdan bütün silahlıları çıxaracağına dair öhdəlik götürdü. Lakin separatçıların ona tabe olmadığını bəhanə edib, öhdəliyi icra etmədi. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.

Mərkəz qeyd edir ki, gerçəklikdə isə Qarabağdakı qanunsuz hərbi birləşmələr Ermənistan ordusunun, onun yaradıcıları və rəhbərləri isə Ermənistanın siyasi-hərbi elitasının tərkib hissəsidir.

Hüquqi aspekt

2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığını (10 il ölkədə daimi yaşamadığını) bildirdilər. Lakin, Ermənistanın Kassasiya (Ali) Məhkəməsi 1989-cu il qərarına istinad edərək Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərdi və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar verdi. Bu, Qarabağda mövcud qanunsuz hərbi birləşmənin Ermənistan qanunvericiliyinə görə Ermənistanın tərkib hissəsi olduğunu və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını isbatlayan vacib hüquqi sənəddir.

“Müdafiə ordusu”

Münaqişə dövründə 18-20 minlik (aktiv döyüşlər vaxtı 50 minə qədər) “Qarabağ ordusunun” 8500 nəfəri yerli sakinlərdən, qalan 10 mini isə Ermənistan hərbçilərindən təşkil olunmuşdu. Ermənistandan gələn çağırışçılar olmasa idi, yerli əhalinin 20-25% hissəsi 18 yaşdan 50 yaşa qədər fasiləsiz hərbi xidmətdə olmalı idilər ki, bu da mümkün deyil! İşğal müddətində Qarabağda çox sayda hərbi texnika mövcud idi. Qarabağ heç bir ölkə tərəfindən tanınmadığına görə “Müdafiə Ordusu” (“MO”) bu silahları hansısa bir dövlətdən müqavilə əsasında əldə edə bilməzdi. 

Paşinyan dövründə etiraflar 

44 günlük müharibədən əvvəl baş qərargah rəisi O.Qasparyan Paşinyana müharibədən istənilən yolla yayınmağın, bu mümkün olmadıqda isə rəqibə qısa zamanda böyük itki yaşadıb, onu müharibəni davam etdirmək cəhdlərindən çəkindirməyin vacib olduğunu məruzə etdi. “MO” Ermənistana tabe olmayan, müstəqil maraq və yanaşmaya malik subyekt olsa idi, Qasparyan Paşinyana müharibədən yayınmağı, müharibə başlayandan bir neçə gün sonra isə tez bir zamanda atəşkəs bağlamağı məsləhət görməzdi. Müharibədən sonra Qasparyan 44 gün ərzində ümumi hərbi rəhbərliyi özünün etdiyini və silahlı qüvvələrin uğursuzluqlarına görə məsuliyyət daşıdığını etiraf etdi. Paşinyan da onu Şuşanın itirilməsinə görə cavab verməli olduğunu bildirmişdi. Bütün bunlar 44 günlük müharibənin Ermənistanın dediyi kimi Bakı və Xankəndi arasında deyil, İrəvan və Bakı arasında getdiyini və Azərbaycana qarşı işğalçılıq siyasətinin aparıldığını bir daha təsdiqləyir. Ən böyük etiraf isə 10 noyabr razılaşmasını Ermənistanın baş nazirinin imzalamasıdır. 

2021-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri A.Karapetyanın Qarabağa inspeksiya ilə qanunsuz səfər etdi. 2022-ci ildə A.Qriqoryan sentyabrdan Ermənistandan Qarabağa nə çağırışçıların, nə də müddətdən artıq hərbi qulluqçuların daha göndərilməyəcəyini bildirdi. Əslində A.Qriqoryanın dedikləri 10 noyabr razılaşmasının Ermənistan tərəfindən pozulmasının etirafıdır. Hazırda Ermənistan Qarabağda hərbi mövcudluğunu separatçıları maliyyələşdirməklə təmin etmək istəyir.

Hüquqi etiraf və birbaşa tabeçilik

Hazırda “MO komandanları” sayılan C.Harutunyana (Hadrutda uğursuz əks-hücum əməliyyatı) və M.Arzumanyana (Şuşa və ətraf ərazilərin itirilməsi) qarşı cinayət işləri açılıb. Bu işlər üzrə separatçıların lideri A.Arutyunyan isə İrəvana dindirilməyə çağırılıb. Lakin, C.Harutunyanın vəkili A.Sardaryana görə uğursuz əks-hücum əməliyyatı özbaşına yox, Paşinyanla razılaşdırılmış və təsdiqlənmiş əsasda edilib. Bu bəyanat “MO”-nun müstəqil subyekt olması haqqında Ermənistan yalanını bir daha ifşa edir və qərarqəbuletmə zəncirinin birbaşa Paşinyana qədər uzandığını aydın şəkildə təsvir edir.Açılan cinayət işləri ona dəlalət edir ki, Haruntyunyan/Arzumanyan Ermənistan vətəndaşı və hərbi qulluqçularıdır.Bu isə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin vacib sübutudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO