Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” deputat fraksiyasının sədri, Xocalı qatili Seyran Ohanyana qarşı ittihamların irəli sürüldüyü rəsmən təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu məlumatı Ermənistan Baş Prokurorluğunun əməkdaşı yayıb.
Onun sözlərinə görə, Seyran Ohanyan vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsəmədə, dövlət əmlakını özəlləşdirmədə təqsirləndirilir.
Qeyd edək ki, fevralın 8-də parlament Baş Prokurorun təqdim etdiyi vəsatətlər əsasında Seyran Ohanyana qarşı cinayət işinə başlandığını təsdiqləyib.
Bizim.Media