İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Bizim.Media-ya bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, nümayəndə heyətinin Azərbaycan rəsmiləri və millət vəkilləri ilə görüşləri nəzərdə tutulur.
İranlı parlamentarilər sabah Naxçıvan Muxtar Respublikasına da səfər edəcək.
Bizim.Media