Avropa Komissiyasının sədri Ursula fon der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə qadın siyasətçi özünün Tvitter hesabında yazıb.
“Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. Dağıdıcı zəlzələdə insan tələfatına görə türk xalqına dərin hüznlə başsağlığı verdim və əlavə dəstəyi müzakirə etdik. Avropa sizinlədir”, deyə o, qeyd edib.
Bizim.Media