Azərbaycandan daha bir humanitar yardım Türkiyəyə yola salındı - FOTO

Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardım bu gün səhər qardaş ölkəyə yola salınıb.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, bu gün Bakıdan çıxan növbəti humanitar yardım maşınlarında müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, yorğan və döşəklər və s. var və bu yardımlar birbaşa zəlzələ bölgəsinə çatdırılacaq.

Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən Neftçilər prospektində yerləşən Bakı İdman Sarayında Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirir.

Bakı İdman Sarayında vətəndaşlar tərəfindən təqdim olunan lazımi vasitələr qəbul olunur, çeşidlənir və qablaşdırılaraq Türkiyəyə yola salınır.

Ötən günlər ərzində humanitar yardım göstərmək istəyən şəxslər ilkin tələb olunan ləvazimatları toplanış məntəqəsinə təhvil veriblər. Vətəndaşların izdihamı ilə keçən kampaniya zamanı toplanan yardım Bakı İdman Sarayında könüllülərin iştirakı ilə yerindəcə çeşidlənir, qablaşdırılır və yük maşınlarına yüklənilir.

Fevralın 14-dək vətəndaşların ianə etdiyi bütün ləvazimat və avadanlıqlar bu qaydada faciə bölgəsinə yola salınacaq.

Bununla yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond əməkdaşları humanitar yardım aparan təyyarə ilə fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman və tibbi avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar da çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

End of content

No more pages to load

RADİO