Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.
Bizim.Media