Türkiyənin "Osmaniye" ərazisindəki zəlzələ çadırında körpə dünyaya gəlib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, doğulan oğlan uşağına çadırda qalan ailənin istəyi ilə "Ümid" adı verilib.
Bildirilib ki, bu ad həm də başqa bir türk əsgərinin adıdır.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. 91 511 nəfər isə yaralanıb.
Bizim.Media