Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilasedilmə işləri davam edir.
Bizim.Media xəbər verir ki, Qaziantepde lentə alınan görüntülərdə dağıntılar altında qalan, "Cemile" adlı qızın sözləri xilasedicilərlə yanaşı videonu izləyənləri də kövrəldib.
"30 saatdır atamın cansız bədəni ilə buradayam" deyən, qızı təsəlli etməyə çalışan xilasedicinin boğazı düyümlənib, gözyaşlarını saxlaya bilməyib.
Bizim.Media