Xəbər verdiyimiz kimi, Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədi ilə Azərbaycanda dünəndən başlayaraq yardım kampaniyasına başlanılıb.
Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları Botaş mebel salonuna gətirərək təhvil veriblər.
Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirilib.
Kampaniya bu gün də davam edir. Minlərlə insan qardaş Türkiyəyə yardım üçün səfərbər olub.
Bizim.Media xəbər verir ki, yardım kampaniyasına Azərbaycan xalqının göstərdiyi reaksiya, yaşanan izdiham Türkiyə mediasında “Qardaşlıq yollara sığmadı” başlığı ilə manşetlərə çıxıb.
Bizim.Media