Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardımın göstərilməsi ilə bağlı qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Twitter“də yazıb.
“Ukrayna xalqı türk xalqının ağrısını bölüşür. Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski dəhşətli fəlakətin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında qərar imzalayıb” - deyə səfir qeyd edib.
Bizim.Media