Aktrisa Ülviyyə: “Tünzalənin qızı anasının paltarını qucaqlayır, əri isə məzar daşını düzəldir” - VİDEO

“Tünzalənin qızı hər gün “Qaratikan” serialına baxır. Uşaq arıqlayıb. Röyala deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə (Əməkdar artist Dilarə Əliyeva, - red.) həmin serialdan danışdı. Soruşdu ki, Zəhra, “Qaratikan”də ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam. İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını qucaqlayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Aktrisa Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdart artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən söz açıb:

“Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini, dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü. Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə maddi dəstək olmaq istədilər. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, Nazirlik əziyyət çəkib mərasim verir, biz pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq istəyirik.
O zaman Afaq xanım təklif etdi ki, sənət yoldaşlarından kim istəyirsə, fond yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin, ehtiyacı olanda atası oradan çıxartsın. Yaxud da 18 yaşına çatanda onun təhsili üçün xərclənsin”.

Ülviyyə bildirib ki, bir sıra incəsənət nümayəndələri birləşib Tünzalənin məzar daşını qoyacaqlar:

“Xalq artisti Afaq Bəşirqızı, Gülyanaq və Gülyaz Məmmədova bacıları, müğənni Manaf Ağayev pul yığıb Tünzalənin məzar daşını düzəltmək istədiklərini söyləyiblər. Bunu isə ailəyə əlavə maddi yük olmasın deyə etmək istəyirlər. Çünki Röyal hələ Zəhranı böyütməlidir. Manaf, Dilarə pul göndərib. Əməkdar artist Rafael İsgəndərov deyib ki, mən də kömək edəcəyəm. Röyal isə dedi ki, mərhum həyat yoldaşının məzar daşının düzəldilməsi üçün nə qədər məbləğ çatışmasa, özü edəcək”.

Bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın doğum günü məclisinə Əməkdar artist Dilarə Əliyevanın qatılması cəmiyyət və sosial şəbəkə əhli tərəfindən qınaqla qarşılanıb.

Ülviyyə bu məsələyə isə bu cür reaksiya verib:

“Həyatda elə şeylər var ki, məcbursan edəsən. Aygün Kazımova Dilarənin qızının toyuna, nəvəsinin ad gününə gəlib. O da Aygün Kazımovanın doğum günü məclisində bir saat oturub, çıxıb gedib. Şıdırğı rəqs etməyib. Tünzalə xəstə olanda, Dilarə onun müalicəsinə pul verib. Bahalı dərmanları vardı.

Onlara 10 min manat verib. Halal xoşu olsun. Tünzalə xəstəliyinə görə işdən çıxıb, işsiz qalanda, onu ilk dəfə “Söhbət var” verilişinə Dilarə çağırıb. Ona iş, çörək, pul verib. “Qaratikan” serialına Dilarə onu çağırıb, rol verib. Son günə kimi daim yanında olub. Tünzalə vəfat etdikdən sonra da Zəhranın yanındadır. Kimin ürəyi necədirsə, onu Allah bilir. Dilarənin ürəyindən yoxdur”.

Əməkdar artist izləyicilərdən gələn “Tünzalə Əliyevanın həyat yoldaşı Röyal nə işlə məşğul olur?” sualına isə belə cavab verib:

“Röyal deyib ki, bir ay heç yerə çıxmayacaq. Sənəd işləri ilə məşğuldur. Tünzalənin məzar daşının düzəldilməsi ilə məşğuldur. Röyal məşqçidir. Onun ürəyində iki yırtıq vardı. O iki ay əvvəl əməliyyat olunub. Məşqçi kimi işləyə bilər. Amma qızı Zəhra dərsə gedir.

Onun dərsi saat 08:00-da başlayır, 12:00-da bitir. Həm də hazırlıqlara gedir. 14:00-da isə hazırlığı bitir. Röyal işləsə, gərək hər gün uşağa görə icazə alsın.

Qərara gəlib ki, hələ ki peşəsini qoysun kənara. Yəqin ki, taksi sürücüsü kimi işləyəcək. Özü öz müdiri olsun. Zəhranı dərsə, hazırlıqlara aparsın-gətirsin, sonra isə öz işləri ilə məşğul olsun”.
Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ev YANDI - Zəhərlənən var

Bakıda ev YANDI - Zəhərlənən var

lll MDB Oyunları: Tennis komandamız finalda – FOTO

lll MDB Oyunları: Tennis komandamız finalda – FOTO

Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”

Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”

BMW 130 mindən çox avtomobili GERİ ÇAĞIRIR - SƏBƏB

BMW 130 mindən çox avtomobili GERİ ÇAĞIRIR - SƏBƏB

Ən yaşlı insanlar bu rayonlarda yaşayır

Ən yaşlı insanlar bu rayonlarda yaşayır

Aqrar Xidmətlər Agentliyində AUDİT YOXLAMASI – Ciddi nöqsanlar AŞKARLANDI

Aqrar Xidmətlər Agentliyində AUDİT YOXLAMASI – Ciddi nöqsanlar AŞKARLANDI

BMT tribunasından SÜLH ÇAĞIRIŞI – İlham Əliyevdən TARİXİ MESAJLAR

BMT tribunasından SÜLH ÇAĞIRIŞI – İlham Əliyevdən TARİXİ MESAJLAR

Marqarita Simonyanın əri öldü

Marqarita Simonyanın əri öldü

Bakıda vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi – FOTO

Bakıda vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi – FOTO

Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev HƏBS EDİLDİ

Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev HƏBS EDİLDİ

Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

Prezident ABŞ səfəri ilə bağlı paylaşım etdi – VİDEO

Prezident ABŞ səfəri ilə bağlı paylaşım etdi – VİDEO

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

“Nürnberq məhkəməsi” – Mübariz İbrahimovun öldürülməsi ilə bağlı faktlar ELAN OLUNDU

“Nürnberq məhkəməsi” – Mübariz İbrahimovun öldürülməsi ilə bağlı faktlar ELAN OLUNDU

Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

Şəkidən “Bizim.Media”ya ŞİRİN TƏBRİK - VİDEO

Şəkidən “Bizim.Media”ya ŞİRİN TƏBRİK - VİDEO

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Bakıda torpaq sahələri BAHALAŞDI

Bakıda torpaq sahələri BAHALAŞDI

İlham İsmayıl sərbəst buraxıldı

İlham İsmayıl sərbəst buraxıldı

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

End of content

No more pages to load

RADİO