Xəzərdən Avropaya "yaşıl enerji"nin ötürülməsinin koordinasiyası üçün İşçi Qrupu yaradılacaq

"Yaşıl enerji"nin Xəzər dənizindən Avropaya ötürülməsindən irəli gələn məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün İşçi Qrupu yaradılacaq.

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkənin nazirlərinin ilk iclasında razılaşdırılıb.

Bildirilir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Daniel Virgil Popeskunun iştirakı ilə iclasda “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə gələcək fəaliyyətin konsepsiyası müzakirə edilib.

Tədbirdə Avropa İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil edib.

İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün "yaşıl enerji" layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Mövcud bərpa olunan enerji potensialından istifadəni genişləndirmək və" yaşıl" elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Buxarestdə imzalanıb.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

Universitet tələbəsi vəfat etdi

Universitet tələbəsi vəfat etdi

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

İlham Əliyev Şamaxıda – FOTO

İlham Əliyev Şamaxıda – FOTO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi - FOTO

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

End of content

No more pages to load

RADİO