“Almaniyanı Rusiya ilə müharibəyə sövq edirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşünün 80 illiyi ilə bağlı tədbir zamanı çıxışında bildirib.
O qeyd edib ki, Kiyev havadarları Rusiyanı Ukrayna ərazisində Alman istehsalı olan “Leopard 2” tankları ilə hədələyirlər.
“Almaniyanı yeni müharibəyə təşviq edənlər döyüş meydanında qələbə qazanacaqlarını düşünürlər. Anlamırlar ki, hazırki Rusiya ilə müharibə başqa cür olacaq”, - deyə Putin bildirib.
Bizim.Media