Orta və ali məktəblərdə niyə ilkin tibbi yardım dərsləri tədris olunmur? – Ekspertlərin RƏYİ

İlkin tibbi yardım barədə biliklərimiz yox dərəcəsəindədir. Halbuki, bunu bilsək ekstremal vəziyyətdə kimlərinsə, eləcə də özümüzün həyatını xilas edə bilərik.

Bəs, ilkin tibbi yardım biliklərini biz harada öyrənməliyik?

İlk ağıla gələn təbii ki, təhslil müəssisələridir. Nəzərə alaq ki, bu proses Nazirlər Kabinetinin 218 nömrəli “Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub.

Qaydaya əsasən, orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların əməkhaqqısı isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir.
Məktəblərdə ayrılan tibb otaqları, əsasən, ilkin tibbi yardım xidməti kimi yaradılıb. Bu otaqlarda qızdırma, ağrıkəsici, ishal əleyhinə tabletlər, şəkər və təzyiq ölçən aparat, tibbi tərəzi və küşetka olmalıdır. Həmçinin, zədələr, burxuqlar, kəsilmələr zamanı təcili tibbi yardım gəlmədən öncə ilk tibbi yardım göstərməsi imkanları olmalıdır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, qanunda bütün məsələlər öz təsdiqini tapsa da reallıqda bunu tam görə bilmirik:

“Reallıq bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəblərində bu işi yüksək səviyyədə təşkil etmək hələki mümkün olmayıb. Bəzi region məktəblərində isə nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur. Uzaq kəndlərdə tibb məntəqəsi məktəbə yaxın ərazidə fəaliyyət göstərir. Bu hesaba problemi yoluna qoymağa çalışırlar”.

Ekspert orta məktəbdə şagirdlərə “Biologiya” və “Həyat bilgisi” fənləri keçildiyini dedi:

“Bu fənnlərdə insan anatomiyasına toxunulur, qan qrupları haqqında məlumat verilir və sairə. Amma gəlin görək, sinifdə bir uşağın ürəyi “gedəndə” sinif yoldaşları ona yardım göstərə bilirmi? Ümumiyyətlə belə vəziyyətlərdə nə edilməlidir, hara, kimə müraciət edilməlidir, uşaqlar bilirmi? Yaxud, şagirdlərdən biri yıxıldıqda ona necə yardım göstərilməli olduğunu şagirdlər bilirmi? İnanmıram ki, kimsə bunları bilsin. Mən təklif etmişdim ki, 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında ilkin tibbi yardımla bağlı müsahibə tətbiq edilsin. Necə ki, idman, hərbi, polis məktəblərinə, jurnalistikaya, incəsənət ixtisaslarına qəbulda qabiliyyət imtahanları tətbiq edilir, eləcə də 4-cü ixtisas qrupu üzrə qəbulda abituriyentin ilkin tibbi yardımla bağlı bilikləri yoxlanmalıdır. Necə ola bilər ki, 11 il təhsil almasına rəğmən adi təzyiq ölçən aparat barədə bilik və vərdişləri “0” olan abituriyent Tibb Unversitetinə daxil olsun? Qəfil ürəyi “getmiş” adama necə yardım göstərilməsini bilməyən 17 yaşlı gəncin həkim olmaq arzusu “prestij”dən başqa bir şey deyil”.

Kamran Əəsdov onu da qeyd etdi ki, ilkin tibbi vərdişləri orta məktəbdə də çox gözəl bir şəkildə tədris etmək olar: 

“Şagirdlər orta məktəbi bitirdikdə həyat bilgiləri ilə bağlı zəruri bazaya malik olmalıdırlar. Çox zaman görürük ki, ətrafdakılar ürəyi “getmiş” adamın başına toplaşıb, kimsə də əlini adamın ağzına salıb dilini dartır. Bu, aşkar şəkildə süni boğulma vəziyyəti yaratmaqdır.
Dili qətiyyən dartmaq olmaz. Belədə boğulma təhlükəsi daha da gerçək olur. Və guya insana kömək etmək istədikləri halda, əksinə, o dünyaya göndərirlər. Belə məsələləri orta məktəb şagirdləri də bilməlidir. Təəssüflər olsun ki, orta məktəblərdə hər kəs qəbul imtahanlarına o qədər yüklənib ki, həyati vacib məsələlər tamamilə kənarda qalıb, bu isə yeniyetmələrin düzgün yetişdirilməsinə mane olur”.

Təhsil üzrə ekspert Elşən Qafarov da məsələnin ciddi olduğunu bildirdi:

“Bu da repreduktiv dərslər adlanır. Bu əsasən 7-ci siniflərdə keçirilir. O ki, qaldı orta məktəblərdə ilkin tibbi yardımın göstərilməsinə, bu barədə “Həyat bilgisi” fənnində mövzular salınır. Üstəgəl, hərbi hazırlıq dərslərində ilkin tibbi yardımla bağlı mövzular var. Amma ali məktəblərdə hərbi kafedralar yoxdur. Amma olmalıdır.
Düşünürəm ki, bu ali məktəblərdə keçirilməlidir. Bu aktual mövzudur. Vaxtilə hərbi kafedralar vardı. Və o zaman tələbələr praktik təcrübəyə də aparılırdı. Bu aktual məsələ ali məktəblərdə tamamilə gündəmdən çıxarılıb. Orta məktəblərdə isə bu iş qismən həyata keçirilir. Orta ixtisas və peşə məktəblərində isə bu mövzu ümumiyyətlə yaddan çıxıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah da yağış yağacaq – PROQNOZ

Sabah da yağış yağacaq – PROQNOZ

Vasif Qafarovun məktəblərə şəhid adlarının verilməsi təklifinə Siyavuş Novruzovdan REAKSİYA

Vasif Qafarovun məktəblərə şəhid adlarının verilməsi təklifinə Siyavuş Novruzovdan REAKSİYA

150 qramı 10-40 avroya satılır, Azərbaycanda isə...

150 qramı 10-40 avroya satılır, Azərbaycanda isə...

“Sabah”ın yeni legioneri hansı klubun təklifindən İMTİNA EDİB?

“Sabah”ın yeni legioneri hansı klubun təklifindən İMTİNA EDİB?

Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB

Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB

Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

Puqaçevanı “xalq artisti” adından məhrum edəcəklər? – Putinə müraciət GÖNDƏRİLDİ

Puqaçevanı “xalq artisti” adından məhrum edəcəklər? – Putinə müraciət GÖNDƏRİLDİ

Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ

Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ

Deputat: “Küçələrə onların adı verilsə, yaxşı olar”

Deputat: “Küçələrə onların adı verilsə, yaxşı olar”

Prezidentlə xanımı Xalq artistinin vida mərasiminə əklil göndərdilər – FOTO

Prezidentlə xanımı Xalq artistinin vida mərasiminə əklil göndərdilər – FOTO

REKORD: 41 yaşlı amerikalı 776 gün COVID-19 xəstəliyi keçirib

REKORD: 41 yaşlı amerikalı 776 gün COVID-19 xəstəliyi keçirib

Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdən artım OLACAQ

Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdən artım OLACAQ

Azərbaycandakı Kreml KÖLGƏSİ – Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB?

Azərbaycandakı Kreml KÖLGƏSİ – Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB?

Siyavuş Novruzov: “Bu sahələrdə dilimizin normaları pozulur”

Siyavuş Novruzov: “Bu sahələrdə dilimizin normaları pozulur”

İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - FOTO

İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - FOTO

6 ali təhsil müəssisəsi akkreditasiyadan keçib - SİYAHI

6 ali təhsil müəssisəsi akkreditasiyadan keçib - SİYAHI

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

End of content

No more pages to load

RADİO