Son vaxtlar Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti xeyli sayda vətənə xəyanət edən hərbçiləri yaxalayır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Armen Xaçatryan səsləndirib.
Müxalif "Hayastan" fraksiyasının nümayəndəsi Qeqam Manukyan da bu mövzuya münasibət bildirib:
"Əslində bu, düşünməyə əsas verir, çünki Ermənistanda qırmızı xətlər o qədər itib ki, Vətənə xəyanət artıq qırmızı xətti keçmək deyil".
Deputatın fikrincə, vaxtaşırı Silahlı Qüvvələrdə dövlətə xəyanət hallarından danışarkən hakimiyyət təbliğat hiyləsindən istifadə edir.
Bizim.Media