“Toppuş bacı”nın həyat yoldaşı: “Baş verənləri deməyi özümə borc bildim” - FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın onkoloji xəstəliklə apardığı mübarizədən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçinin həyat yoldaşı sosial şəbəkə hesabında paylaşdığı qara fonda yazdığı etirafları ilə diqqət çəkib.

“İlk dəfə öyrənəndə ki, xərçəngi var, dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, “sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar” cavabını verdi. Sabahı gün həyat yoldaşım oraya yollandı.
Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi.

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər...

4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi “Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər”.

Və artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. Hətta Ulu Öndər Heydər Əliyev onu “Əməkdar artist” adına layiq görmüşdü. 

Və əlbəttə ki, Dilarə (Əməkdar artist Dilarə Əliyeva - red.) onunla işləməyə başladı, həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva, Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm.
Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla adlarını çəkdiyim hər kəsdən Allah razı olsun”, - deyə Röyal vurğulayıb.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ev YANDI - Zəhərlənən var

Bakıda ev YANDI - Zəhərlənən var

lll MDB Oyunları: Tennis komandamız finalda – FOTO

lll MDB Oyunları: Tennis komandamız finalda – FOTO

Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”

Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”

BMW 130 mindən çox avtomobili GERİ ÇAĞIRIR - SƏBƏB

BMW 130 mindən çox avtomobili GERİ ÇAĞIRIR - SƏBƏB

Ən yaşlı insanlar bu rayonlarda yaşayır

Ən yaşlı insanlar bu rayonlarda yaşayır

Aqrar Xidmətlər Agentliyində AUDİT YOXLAMASI – Ciddi nöqsanlar AŞKARLANDI

Aqrar Xidmətlər Agentliyində AUDİT YOXLAMASI – Ciddi nöqsanlar AŞKARLANDI

BMT tribunasından SÜLH ÇAĞIRIŞI – İlham Əliyevdən TARİXİ MESAJLAR

BMT tribunasından SÜLH ÇAĞIRIŞI – İlham Əliyevdən TARİXİ MESAJLAR

Marqarita Simonyanın əri öldü

Marqarita Simonyanın əri öldü

Bakıda vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi – FOTO

Bakıda vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi – FOTO

Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev HƏBS EDİLDİ

Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev HƏBS EDİLDİ

Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

Prezident ABŞ səfəri ilə bağlı paylaşım etdi – VİDEO

Prezident ABŞ səfəri ilə bağlı paylaşım etdi – VİDEO

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

“Nürnberq məhkəməsi” – Mübariz İbrahimovun öldürülməsi ilə bağlı faktlar ELAN OLUNDU

“Nürnberq məhkəməsi” – Mübariz İbrahimovun öldürülməsi ilə bağlı faktlar ELAN OLUNDU

Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

Üçüncü dəfə ana olan Rihannadan körpəsi ilə PAYLAŞIM - FOTO

Şəkidən “Bizim.Media”ya ŞİRİN TƏBRİK - VİDEO

Şəkidən “Bizim.Media”ya ŞİRİN TƏBRİK - VİDEO

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Bakıda torpaq sahələri BAHALAŞDI

Bakıda torpaq sahələri BAHALAŞDI

İlham İsmayıl sərbəst buraxıldı

İlham İsmayıl sərbəst buraxıldı

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

End of content

No more pages to load

RADİO