Övladlığaverilmə son 4 ildə niyə azalıb? - ARAŞDIRMA

“2020-ci ildə  Azərbaycanda 22 uşaq  övladlığa götürülüb”. Onlardan 10-u qız, 12-si oğlandır. Uşaqlardan 17-si yaxın qohumlar, 1-i müəssisədən, 2-si ögey ana və ya ata, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Qohumlar üçün övladlığa götürmə proseduru asanlaşdırılır


Məlumatda o da bildirilir ki, övladlığa uşaq götürmək istəyən vətəndaşların bu istiqamətdə xeyli müraciətləri var.

Azərbaycanda övlad sahibi olmaq istəyənlər çox olsa da, statistik rəqəmlər bunun əksini deyir. Son 4 il ərzində övladlığagötürmə sayında ciddi azalma müşahidə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu il üzrə 144 uşaq övladlığa verilib.

2018-ci illə müqayisədə 2019-cu ildə övladlığa verilən uşaqların sayında azalma müşahidə olunub. 2018-ci ildə 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. 

 

Ekspertlər bu müraciətlərin sayının azalmasına səbəb kimi övladlığa götürülmə qərarlarının məhkəmələrdə ləğv edilməsi hallarının əvvəlki illə müqayisədə artdığını əsas gətirirlər. Bundan əlavə prosedur qaydalarının çətin olması söylənilir


İndi təklif edilən dəyişikliklər isə övladlığa götürülmə ilə bağlı  qanunvericiliyi  təkminləşməsinə xidmət edəcək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi nin üzvü Jalə Əliyeva Bizim.Media-ya açıqlamasında deyib ki, övladlığa götürülmə prosesinin asanlaşdırılması bu  sahədə  mövcud olan məhdudiyyətləri aradan qaldıracaq:

“Əsas məqsəd uşaqların  hüquqlarının qorunmasıdır. Ailə qayğısından məhrum olan uşaqların sağlam ailə mühitində böyüməsi üçün etibarlı əsas yaradılmalıdır. Bu günə kimi mövcud qanuna əsasən “qohumu” sözü ifadə olunurdu".

"Yəni uşaq övladlığa  qohumuna verilə bilər. Bu söz bundan sonra bacı, qardaş, nənə, baba, eləcə də valideynlərinin bacıları, qardaşları, onların övladları ilə əvəz olunacaq. Bununla övladlığa götürən şəxsn statusu  konkretləşir. Uşaq ətrafında olan qohumlarına rahatlıqla övladlığa verilə biləcək. Bu da həmin uşağın daha tez ailə instituna  cəlb olunmasına şərait yaradacaq”. 

Deputat hesab edir ki, əcnəbilərə  övladlığa  verilən uşaqların  nəzarət fünksiyası daha da gücləndirilməlidir:

“Ailə Məcəlləsinin 150-ci maddəsində dəyişiklik edilib. Qohumlar üçün nəzərdə tutulan mövcud qanunvericilik əcnəbi və vətəndaşlığı olmayan şəxslərə də aiddir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşaqlar öz yaxın qohumları tərəfindən övladlığa götürülən zaman, uşaq sahibi olmaq istəyən şəxslərin uçot məlumatları yoxlanılır.

 

Daha sonra uçota alınan və himayəsinə uşaq almaq istəyən şəxslər müsahibə, mənzil-məişət şəraitinin müayinəsi mərhələlərini uğurla keçməlidir. Əks halda həmin ana və ya ata olmaq istəyən şəxsə övlad sahibi ola bilməyəcək.


Müsahibədən müvvəfəqqiyyətlə keçən şəxslər uşaq sahibi olmasının rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət edirlər.

Yaxın qohumu olan uşağı övladlığa götürmək istəyən şəxslər uçota alınan zaman onlar və onlarda birgə eyni ünvanda yaşayan şəxslər barədə sağlamlıq vəziyyətləri, məhkumluqları barədə məlumatlar tələb olunur.

Eyni zamanda övladlığa götürmək istəyən şəxslərlə övladlığagötürülən uşaq arasındakı qohumluq əlaqələrini təsdiq edən sənəd məlumatları yoxlanılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arif Məhərrəmov vəfat etdi - FOTO

Arif Məhərrəmov vəfat etdi - FOTO

Yeni tədris ilinin başlanması ilə bağlı DYP-dən MÜRACİƏT

Yeni tədris ilinin başlanması ilə bağlı DYP-dən MÜRACİƏT

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - VİDEO

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - VİDEO

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

End of content

No more pages to load

RADİO