Neft Fondundan büdcəyə köçürülən VƏSAİT AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923,0 mln. manat məbləğində vəsait daxil olub.

Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.

Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur.

Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur.

Həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub.

Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Cənubi Qafqazın ən çirkli şəhəri

Cənubi Qafqazın ən çirkli şəhəri

SOCAR İtaliya şirkətindən pay alır

SOCAR İtaliya şirkətindən pay alır

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

End of content

No more pages to load

RADİO