Bank təminatlarının reyestri sahibkarların istifadəsinə verildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb. Artıq bank təminatlarının reyestri sahibkarların istifadəsindədir.

Bizim.Media xəbər verir ki, bundan sonra “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatı satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim ediləcək.

Bank təminatının elektronlaşdırılması sahibkarlar üçün bir sıra üstünlüklər yaradır.

Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.
Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduğu halda, tender təkliflərinin verilməsinin son müddəti bitənədək tender təklifinin təminatına müvafiq düzəliş etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.
Dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Cənubi Qafqazın ən çirkli şəhəri

Cənubi Qafqazın ən çirkli şəhəri

SOCAR İtaliya şirkətindən pay alır

SOCAR İtaliya şirkətindən pay alır

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

End of content

No more pages to load

RADİO