Azərbaycan onlayn təhsil platforması ilə rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanları araşdırırır.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında məlumat verib.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində onlayn təhsil platforması “Coursera”nın baş icraçı direktoru Cef Maggionkalda ilə müasir çağırışlar şəraitində Azərbaycanda rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanların araşdırılması barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.
Bizim.Media