Türkiyəli məşhur aktyor Mərt Fırat gələcək planları ilə bağlı danışıb.
Aktyor Bizim.Media-ya özəl açıqlamasında növbəti layihələrinin anonsunu verib.
Mərt Fırat sentyabr ayında özünün rol aldığı yeni serialın başlayacağını və bununla bağlı hazırlıqların getdiyini bildirib:
“Eyni zamanda yay aylarında iki televiziya filmində rol alacam. Layihələrlə bağlı həyəcan hiss edirəm. Çünki ilyarımdan artıqdır ki, ekranlardan uzaq idim”.
Aktyor sentyabr ayında yayımlanmağa başlayacaq serialdan öncə bir neçə dijital televiziya filmlərilə izləyicilərin qarşısına çıxacağını sözlərinə əlavə edib.
Fərid Ağazadə, Əfqan Pənahoğlu, Bizim.Media