Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Brovmənlə (Mark Browman) görüşüb.
Bizim.Media xəbər verir ki, Taleh Kazımov rəsmi “Twitter” hesabında qeyd edib.
"Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Browmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə EBRD arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik.
Görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdıq", - deyə T.Kazımov qeyd edib
Bizim.Media