Türkiyənin qalmaqallı və səs-küylü müğənnisi Nihat Doğan ata olduqdan sonra yeni doğulan körpəni görməyə gələn aparıcı Seyhan Soylunun hədiyyəsi ölkə gündəminə damğa vurub.
Bizim.Media xəbər verir ki, aparıcı Nihatın oğluna “Aman-aman” deyərək, üzərinə 250 min lirə səpib.
Həmin anları isə Doğan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Sosial şəbəkə əhli görüntüləri gördükdən sonra həm müğənnini, həm də aparıcını linç ediblər.
Onlar Soylunun öyünərək virus və mikrob mənbəyi olan pulların körpənin üzərinə qoymasını sərt şəkildə qınayaraq, tənqid ediblər.
Qeyd edək ki, Nihat Doğan avqust ayında Arzu ilə hamilə olarkən ailə qurub.
Rəşad Əliyev, Bizim.Media