Şotlandiyalı aktyor Jerard Batler “Crash” filminin çəkilişləri zamanı təsadüfən üzünü fosfor turşusu (kislota) ilə yandırdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “NME” nəşri məlumat yayıb.
Yeni trillerdə pilot “Brody Torrance” obrazını canlandıran aktyor Batler uçuşdan əvvəl əyləci düzəltməyə çalışdığı səhnənin çəkilişi zamanı başına gələn hadisədən danışıb.
“Nə etsəm də, özümü incitməyi bacarıram”, - deyə aktyor bildirib.
Batlerin sözlərinə görə, çəkiliş meydançasında qarşısında hansı mayenin olduğunu başa düşməyib. O, həmçinin əlavə edib ki, Puerto Rikoda hava isti olub və çox tərləyib.
Aktyorun işlətdiyi mayenin fosfor turşusu olduğu ortaya çıxıb.
“Mən sadəcə olaraq diri-diri yanırdım” söyləyib və ağrının bir neçə saat davam etdiyini qeyd edib.
Rəşad Əliyev, Bizim.Media