2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub.
Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur. İxrac olunan məhsulun həcmində də artım var.
Qeyd edək ki, ötən il ölkədən ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur.
Səkinə Yusibli, Bizim.Media