REAKSİYA: 2 milyon vergi borcu olan şirkəti İqtisadiyyat Nazirliyi NƏZARƏTƏ GÖTÜRDÜ

19 dekabr 2022-ci il tarixdə Bizim.Media-da “2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? – AÇIQLAMA” başlıqlı yazı dərc olunmuşdu. Yazıda tenderin qalibi olan şirkət barədə qaranlıq məqamlardan söhbət açılmışdı.

Ən əsası qalib şirkətin 2 milyon manata yaxın vergi borcu olduğu qeyd eilmişdi.

Yazı dərc edildikdən sonra adı hallanan “Alov-Mühafizə” MMC-dən Bizim.Media-ya məktub daxil olmuşdu. Məktubda Cəmiyyətin sədri Xalis Talıbov bildirmişdi ki, şirkətin heç bir vergi borcu yoxdur. Və məktuba DVX-nin arayışının foto surəti də əlavə edilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - AÇIQLAMA


Maraqlıdır ki, bu günlərdə  İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Sənədlərin saxtalaşdırılmasında iştirak edən şirkətlər arasında  “Alov Mühafizə” MMC-nin 10 saylı filialı və  “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı da var.

Məsələ ilə bağlı ilkin olaraq  “Alov Mühafizə” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Lakin telefon zənglərimiz davamlı şəkildə qapadıldı. Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyevlə əlaqə saxladıq.
Bizim.Media-ya açıqlamasında direktor bildirdi ki, tender keçirilib:

“Lakin tenderin qalibinə heç bir vəsait ödənilməyib. Çünki hələlik 2023-cü ilin vəsaiti hesabımıza oturmayıb. Tenderin taleyi ilə bağlı heç nə deyə bilmərəm. Çünki, məsələ hələ tam aydınlaşdırılmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Cənubi Qafqazın ən çirkli şəhəri

Cənubi Qafqazın ən çirkli şəhəri

SOCAR İtaliya şirkətindən pay alır

SOCAR İtaliya şirkətindən pay alır

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

End of content

No more pages to load

RADİO