74 yaşlı Kübra Əliyeva gileyləndi: “Xalq artisti fəxri adını almalıyam” – VİDEO

“Bir yerdə ki, (barmağını dodaqlarına aparıb, öpür –red.) öpüş “işə yarayır”, daha nədən danışmaq olar. Dediyimi yəqin başa düşdülər. Xalqın gözü tərəzidir. Hamı baxır, görür. Mənə onsuz da “Xalq artisti” deyirlər. Mənə niyə mənə Xalq artisti fəxri adını vermirlər. Soruşmayın! Heç vecimə də deyil. Çox xoşbəxtəm! Bu gün xalqım məni o qədər sevir, əzizləyir ki, Əməkdar artist fəxri adımla fəxr edirəm. Amma mən Xalq artisti fəxri adını almalıyam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu “Bizimləsən” ictimai- sosial verilişində deyib. 

Hələ də Xalq artisti fəxri adına layiq görülmədiyindən gileylənən 74 yaşlı sənətkar köhnə və təmirsiz evində xoşbəxt yaşadığını dilə gətirib.  

“Ötən həftə 74 yaşım oldu. Həyatımın 42 ilini teatrda vermişəm. Ac, yalavac, sürünə-sürünə... Bəzən deyirlər ki, evlənin, Allah adama ev də yetirər. Zaur (verilişin aparıcısı Zaur Baxşəliyev - red.) dedi ki, gəlib evini çəkmək istəyirəm. Nə dedim sənə? Söylədim ki, evimin çəkiləcəyi halı yoxdur. Ancaq evimin elə vəziyyətdə olması vecimə deyil. O qədər gözü tox insanam ki,... Bunu isə çevrəm çox gözəl bilir. 1920-ci ildə tikilən, köhnə, çürük evimdə xoşbəxtəm. Həqiqətən xoşbəxtəm! Hərdən nəvəm gəlib deyir ki, Kübra nənə bu qapıları dəyişək. Cavab olaraq söyləyirəm ki, bu qapıları 1985-ci ildə qoydurmuşam. Bu qapıları çıxartsalar, bu ev sınıb, tökülər. Mənə xoşdur. Elgiz Əkbərin verilişi gəldi çəkdi evimi, sonra sosial şəbəkədə izləyicilərdən biri yazıb ki, Kübra xanımın evini təmir etdirin. O da deyib ki, cürükdür hər yer.

Təmir olunsa hər yer töküləcək. O evdə xoşbəxtəm. Allah mənə böyük ürək verib. O qədər pis günlərdən keçib, gəlib çıxmışam evimə.

O evin divarlarını öpmüşəm. O evin köhnə fotolarını göstərsəm, şok olarsınız. O evə giriləsi deyil idi. 13 il Vasya və Musya ilə bir evdə qaldım. O rus qadının gözünü kor idi. Qazandan olan xörəyi balama yox, Musyaya yedizdirirdim. Qızım deyirdi ki, bəs bu xörəyi biz yeyək. Deyrdim ki, gözü görməsə də, yeməyin qoxusu gedir. O qadını çimizdirib, qulluq edirdim. Bəli, mən o Kübrayam. Allah mənim ürəyimə, qəlbimə görə versin. Bu dəqiqə bir çox aktyorlar fəxri adlarla yanaşı “Şöhrət”, “Şərəf” ordenlərini belə alıblar.

Elə bil ki, Kübra bu teatrda yoxdur. Nə etməliyəm? Gedib yalvarmalıyam? Mən onu bacarmadım. Gedib Nazirə deməliyəm ki, əziz nazir, 42 ildir ki, teatrda işləmişəm, 74 yaşım oldu,  bir dənə məktub göndər məni təbrik elə. Heç eləməsin! Məni təbrik edənlər, xalqım sağ olsun”. 
Qeyd edək ki, Kübra Əliyeva Sumqayıt Dövlət Dram Teatrında eləcə də, Musiqili Komediya Teatrında fəaliyyət göstərir.  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

"Neftçi" yeni transferini AÇIQLADI

"Neftçi" yeni transferini AÇIQLADI

Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən TƏQDİM OLUNACAQ

Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən TƏQDİM OLUNACAQ

Türkiyənin məşhur simaları Bakıda - EKSKLÜZİV VİDEO

Türkiyənin məşhur simaları Bakıda - EKSKLÜZİV VİDEO

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə qaz olmayacaq

"Qarabağ" "Qəbələ"yə qalib gəldi, Qubada heç-heçə

"Qarabağ" "Qəbələ"yə qalib gəldi, Qubada heç-heçə

Arayikgilin məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər ELAN OLUNDU - FOTO

Arayikgilin məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər ELAN OLUNDU - FOTO

Nazilə də dələduzların HƏDƏFİ OLDU

Nazilə də dələduzların HƏDƏFİ OLDU

“Barselona”dan Rafinyanın durumu ilə bağlı AÇIQLAMA

“Barselona”dan Rafinyanın durumu ilə bağlı AÇIQLAMA

Qusarda Anım Günü KEÇİRİLDİ - FOTO

Qusarda Anım Günü KEÇİRİLDİ - FOTO

Övladını özəl bağçalara yazdırmaq istəyənlərin DİQQƏTİNƏ

Övladını özəl bağçalara yazdırmaq istəyənlərin DİQQƏTİNƏ

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını məsuliyyətə və diplomatiyaya ÇAĞIRDI

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını məsuliyyətə və diplomatiyaya ÇAĞIRDI

Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

Bakıda keçirilən beynəlxalq forum BAŞA ÇATDI

Bakıda keçirilən beynəlxalq forum BAŞA ÇATDI

İmişlidəki toyda zəhərlənənlərin sayı ARTDI

İmişlidəki toyda zəhərlənənlərin sayı ARTDI

“Qarabağ” - “Qəbələ” oyununun START HEYƏTLƏRİ

“Qarabağ” - “Qəbələ” oyununun START HEYƏTLƏRİ

Bakı küləyi məktəbin darvazasını uçurdu - VİDEO

Bakı küləyi məktəbin darvazasını uçurdu - VİDEO

Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

End of content

No more pages to load

RADİO