Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın Xalq artisti Vaxtanaq Kikabidze 85 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, Xalq artisti Emin Ağalarov əfsanəvi sənətkarın vəfatı ilə bağlı paylaşım edib.
Sənətçi sovet kinosunun məşhur ulduzu ilə birgə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, onun ölüm xəbərindən kədərləndiyini yazıb.
“İnanılmaz ruh, əfsanəvi musiqiçi, aktyor, mənim çox istiqanlı dostum Vaxtanq Konstantinoviç dünyasını dəyişdi. Onu düşünür, anıram. Ailəsi və dostlarına başsağlığı verirəm”, - deyə Emin Ağalarov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media