Türkiyəli müğənni Mustafa Ceceli azərbaycanlı həmkarı Manaf Ağayevin mahnısını ifa edib.
Bizim.Media xəbər verir ki, Ceceli Ağayevin repertuarında yer alan "Bu qızın" nəğməsini oxuyub.
Bu barədə isə Manaf sosial şəbəkə hesabında məlumat yayıb.
Ağayev canlı şəkildə Cecelinin ifa etdiyi sözügedən mahnının videosunu izləyicilərlə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media