Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev türk sənət musiqisinin divası Bülənt Ərsoyla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, məkanların birində konsert proqramı ilə çıxış edən sənətkarı Anar səhnə öncəsi bəzəyib.
Ağakişiyev bu dəfə də Ərsoyun imcini 180 dərəcə dəyişib. Stilist müğənninin saçlarına kiçik, parlaq, daş-qaşlardan ibarət parik taxıb.
Anarın yaratdığı parlaq obrazdan razı qalan diva Ağakişiyevlə selfilər çəkdirib. Həmin fotoları isə Anar Ağakişiyev sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media