Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəldi

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin yeni təyin olunmuş xarici işlər naziri Eli Kohen arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, nazir Ceyhun Bayramov ilk öncə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı ötən il keçirilən tədbirlər və qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb.
Bununla yanaşı, ikitərəfli münasibətlərin çoxəsrlik tarixə malik olduğu, bu xüsusda Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə diqqətə çatdırılıb.

Nazirlər, Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək, hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

İqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub.

Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı

Qurban Qurbanov da qızıl medal qazandı

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

"Günlərdir gecələr yatmıram"

"Günlərdir gecələr yatmıram"

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

End of content

No more pages to load

RADİO