Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" ictimai- sosial verilişinin canlı efirində əsəbləşib.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın bu gün ki, buraxılışında aparıcı ilə verilişin texniki heyəti - efir rejissoru və operator arasında gərgin anlar yaşanıb.
Zaur "Kameraları artıq özüm idarə etməliyəm. Kameranı iştirakçılar tərəfə çevir. Bəli, mən idarə edəcəyəm bunları buradan" söyləyərək, qəzəblənib.
Daha sonra ayağa qalxan Baxşəliyev əli ilə operatora səslənib və "Bura gəlin. İri və kiçik plan verə bilirsiniz operator kimi?" sözlərini dilə gətirib. Həmin anda isə operator Zaurun arxasıyca əl, qol hərəkəti edərək nəsə deyib. Bütün bunlar isə verilişin canlı efirində anbaan nümayiş olunub.
Rəşad Əliyev, Bizim.Media