Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qazla bağlı 10-dan çox ölkə MÜRACİƏT EDİB 

"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. 

Dövlət başçısı deyib: “Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir”. 

Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımızın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, diqqət Azərbaycan üzərinə yönəldilir:

“Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

End of content

No more pages to load

RADİO