Ukrayna-Avropa İttifaqı (Aİ) sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu tarix Avropa İttifaqı Şurasına yanvarın 1-dən etibarən sədrlik edən İsveç tərəfindən təsdiqlənib.
Tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.
Qeyd edək ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, sammitdə Ukraynanın Aİ-yə daxil olması üçün zəruri şərtlərin müzakirəsi planlaşdırılır.
Bizim.Media