Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski şəxsi “Twitter” hesabında məlumat verib.
“Almaniya kansleri Olaf Şolts ilə telefon danışığım oldu. Mən ona böyük müdafiə paketinə, o cümlədən də onlara “Marder” tipli zirehli maşın və “Patriot” hava hücumundan müdafiə sisteminə görə təşəkkür etdim”, - deyə Ukrayna lideri qeyd edib.
Tərəflər həmçinin ordunun gücləndirilməsi üçün gələcək əməkdaşlığı müzakirə ediblər.
Bizim.Media
