“Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyətinin işıqlandırılması məqsədilə N saylı hərbi hissəyə təşkil edilən səfər zamanı Raket və Artilleriya Qoşunları Komandanı general-mayor Ağamir Sultanov deyib.
"Onu da qeyd etməliyik ki, düşmən tərəfinin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur", - deyə o vurğulayıb.
Bizim.Media