Sabit Rəhman adına Şəki Dövlət Dram teatrının baş rejissoru Mirbala Səlimli 2022-ci ilin yekunlarına görə teatr sahəsində göstərdiyi xidmətlərə, o cümlədən MDB ölkələri ilə mədəni əlaqələrin inkişafındakı fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb.
Bu barədə Bizim.Media-ya Şəki Dövlət dram teatrından məlumat verilib.
Bildirilir ki, baş rejissor MDB ölkələrinin Parlamentlərarası Assambleyasının təsis etdiyi "Mədəniyyət və İncəsənətin inkişafında xidmətlərinə görə" Fəxri Nişanları ilə təltif olunub.
Fəxri Nişanları Milli məclisin beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov təqdim edib.
Qeyd edək ki, eyni mükafat Mahnı teatrının bədii rəhbəri Salman Qəmbərova da təqdim edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu