Rusiya qoşunları dekabrın 29-da kütləvi hücum zamanı Ukraynaya doğru 120-dən çox raket atıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
“29.12.22. “Şər rus dünyası” tərəfindən kritik infrastrukturu məhv etmək və dinc əhalini qətlə yetirmək üçün bütün Ukrayna üzərinə 120-dən çox raket atılıb”, deyə o, qeyd deyib.
Xatırladaq ki, dekabrın 29-da səhər Ukraynada genişmiqyaslı hava hücumu başlayıb.
Ukraynalılara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilib. Prezident Zelenskinin ofisinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, 100 raketin buraxılması gözlənilir.
Bizim.Media