Xankəndi-Laçın yolundakı ƏBABİL QUŞLARI – Elgün Gəncimsoy HADİSƏ YERİNDƏN yazır

Sizə Xankəndi-Laçın yolunda durub kölgəsini böyük hesab edən fillərə qənim kəsilən əbabillərimizdən bir neçə kəlimə danışacağam. Əbəs yerə belə bənzətmə eləmədim. Oradakılar hamısı gəncdir, həm də dəli qanlı... İçərisində çəlimsiz, lap elə bir üfürcəklik canı olmayanlar da az deyil.

Ona görə mən həmin o Qəhrəman Vətən övladlarını əbabil adlandırıram. Çünki onlar sözün əsl mənasında fillərə qənim kəsiliblər... 

Aksiya kənardan yaxşı görünmür. Gözlərinə pəlmə gəlmiş, xisləti xarab olanlar oranı dumanlı görür. Keçmişi məlum, yaxın gələcəyi abort edən həkimlərdə keçən kəslər isə oradakı aktivistlərə dil uzadıb qarayaxma kampaniyası ilə məşğuldur. Mən hələ bir faktı misal çəkdim. O qədər faktlar danışaram ki, Nəsimi kimi məni dəri-cıvrıq edib darda qoyarsız. Amma haqqı, düz olanı təəssüflə qeyd edirəm. Bəli, Xankəndi-Laçın yolu çox dumanlıdır.

Oranı yaxşı görmək üçün ya dövlət siyasətini yaxşı bilməli, izləməli, dəstək olmalısan, ya da erməninin həmin aksiyaya qarşı yaratdığı kampaniyanın iştirakçılarına cevrilməlisən. Mənəviyyatı olmayanlar bunu anlamır. Erməniyə dəstək olurlar... Ora lağlağı yeri deyil, dinc aksiya meydanıdır. Həm də silahsız - soyuq döyüş mövqeyi... 

Oğul itirənlərlə oğullar burada çiyin-çiyinə savaşır... 

İkinci gündən onuncu günə qədər orada oldum. Yenə növbəm çatsın qayıdacam. Vətəndaş kimi aksiyaçı, media mənsubu kimi carçı olub haqq səsini yayacam Azərbaycanın...

Belə baxıram, orada nəyin baş verdiyindən xəbərsiz olanlar keçmişdə beş dəqiqəsini 15 manata kirayə verdikləri ağızlarına yiyəlik edə bilmirlər. Belələri gələcək zəfərlərdə də danışacaq... Çünki həyası satılmışlar, qeyrət professoru qismində çıxış edir həmişə. Özü də Dövlətin bu vaxtında. Sonra da çıxıb mən də varam deyirlər. Erməni necə istəyirsə, tapşırıqsız ona əməl edirlər qızıl gül analığın dahi simaları...

Bu gün aksiyanın növbəti günüdür. Əziz və azad Şuşanın səmasında doğan günəş, dağ zirvələrini qət edib növbəti dəfə nurlandıracaq oradakı qardaş-bacıların ağ olan üzünü... Himn oxuyub, təhlükəsizlik görəvinə düzülən Azərbaycan polisinin və əsgərinin növbə dəyişməsini alqışlayıb, sonra sayğı duruşunda himn oxuyacaqlar.

Hələ bir də dan yeri sökülüb zülmət işığa məğlub olanda Poladın "Gəl ey səhər"i əsl qəhrəmanlara yeni günün motivasiyasını verəcək. Silahsız igidlərin qarşısında silahla duran ruslar da öyrəşib - Günə belə başlayıb, dahi Üzeyir bəyin "Uvertüra"sı ilə davam etməyə... 
Bir məsəl var, deyir, nənəm bicdir kündəni balaca yapır, dədəm də bicdir iki-iki yeyir. Burada Azərbaycanın eko-aktivistləri və vətəndaş cəmiyyətinin nümayəndələri beynəlxalq arenalardan ağzını ayıran hamı üçün kündə yapır. Amma nədənsə danışmaq və yeməkdən başqa ağzından qazanc məqsədi üçün istifadə edən kirayəçilər üçün nəsə hazırlamaq mümkün deyil.

Onu isə bu gənclik öz məqsədlərinə çatandan sonra hazırlayıb verəcək... Sözün hər mənasında...

Hələlik çox şey danışmıram, amma gələcəkdə buna söz də vermirəm... O qədər işıqlı yazacam ki, kimin hansı obrazda erməni separatçılarına necə dəstək olduğunu anlayasınız. Bunu mütləq edəcəm...

Sadəcə buradan, Xankəndi yolunun üzərində məğrur durub Dövlətinin haqqını tələb edən əqidə qardaş-bacılarımı salamlayır, onlara alqış deyirəm. 

P.S: Oranı görmədən heç nə deməyin, sonra çox peşman olacaqsınız. Bu ən yaxın gələcəkdə baş verəcəkdir... Yaşasın Azərbaycan!

Bizim.Media


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Birinci Liqa: Lider xal itirdi

Birinci Liqa: Lider xal itirdi

Tramp buna görə prezident olmaq istəyirmiş

Tramp buna görə prezident olmaq istəyirmiş

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

Sülhün mükafatı, müharibənin hökmü

Sülhün mükafatı, müharibənin hökmü

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

End of content

No more pages to load

RADİO