Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)-nın üç maşınının Xankəndidən Laçın istiqamətinə növbəti keçidi baş tutub.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev sözügedən məsələ ilə bağlı tviter hesabından açıqlama yayıb.
“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK təcili tibbi yardım maşınlarının növbəti konveyeri Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media