Ölkəyə dərman idxalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizə dərman vasitələrinin idxalını əsasən istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər. 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, dərman vasitələrinin idxalı zamanı həyata keçirilən ekspertizanın xüsusiyyətləri Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydası ilə tənzimlənir: 

“Son zamanlar ölkənin dərman təminatı ilə bağlı məsələlər müzakirə edilərkən idxal prosesi zamanı yaranan problemlərdən danışılır.

Hətta Analitik Ekspertiza Mərkəzi idxal prosesinin ləngidilməsində ittiham edilir. İdxal zamanı ekspertizanın aparılması üçün idxalçı quruma sənədlər daxil edilməlidir. Bu sənədlər - idxalçıya verilmiş istehsal və ya topdansatış lisenziyasının surəti, vergi ödəyicisinin umota alınmasını təsdiq edən şəhadətnamənin surəti, alqı-satqı müqaviləsi, əgər müqavilə Azərbaycan, rus, ingilis dilində olmadıqda Azərbaycan dilinə tərcüməsi, hesab fakturanın surəti, hesab fakturada dərman vasitələrinin seriyası göstərilmədikdə qablaşdırma vərəqəsinin surəti, istehsalçının dərman vasitələrinin hər birin seriyasına dair verdiyi keyfiyyət sertifikatının surəti, mənşə sertifikatının surətidir.

Təqdim olunan sənədlərdə uyğunsuzluq aşkar olunmadıqda dərman vasitələrindən 1 iş gün müddətində nümunələr ötürülərək quruma təqdim olunur.

Təqdim olunan nümunələrin dövlət qeydiyyatı, qablaşdırılması, istifadə üzrə təlimatı yoxlanılır. Əgər nümunələrdə problem aşkar olunmasa, bu nümunələr analiz olunmaq üçün laboratoriyaya göndərilir. Uyğunluq sertifikatı verildikdən sonra dərman vasitələrinin idxalına dair məktub hazırlanır. Dərman vasitələrinin ekspertizasının aparılması 20 təqvim günündən çox olmayan müddətdə həyata keçirilir”. 

AEM idxal zamanı dərman vasitəsi nümunələrində üzləşdikləri problemləri də açıqlayıb: 

“Bunlardan biri qeydiyyatla bağlı problemlərdir – yararlılıq müddətində; saxlanma şəraitində ziddiyyətlərdir. Qablaşdırma ilə bağlı problemlər – qablaşdırmanın təsdiqinin olmaması; qeydiyyatda olan təsdiqə uyğun gəlməməsi; qablaşdırmanın təsdiq müddətinin bitməsidir.
İstifadə üzrə təlimatla bağlı problemlər – Azərbaycan dilində olmaması; istifadə üzrə təlimatda yararlılıq müddətinin və saxlanma şəraitinin qablaşdırılmanın üzərində göstərilənlərlə uyğun gəlməməsi; yeni təsdiqlənmiş istifadə üzrə təlimatın olduğu halda təsdiqinin vaxtı bitmiş içliklərin qablaşdırmalara yerləşdirilməsidir. Sənədlərlə bağlı problemlər – düzgün mənşə olmadıqda; düzgün müqavilə təqdim edilmədikdə; hesab fakturada seriyalar göstərilmədikdə seriyaların göstərildiyi qablaşdırma vərəqinin olmamasıdır. İdxal prosesi zamanı vaxt itkisinə yol verməmək üçün tələb olunan sənədlər vaxtında və tam olaraq təqdim edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstan Azərbaycana borcunu ödədi

Gürcüstan Azərbaycana borcunu ödədi

Mingəçevirdə ana və 2 övladını maşın vurdu – DƏRSƏ GEDİRMİŞLƏR

Mingəçevirdə ana və 2 övladını maşın vurdu – DƏRSƏ GEDİRMİŞLƏR

Qubada 7 otaqlı ev yandı

Qubada 7 otaqlı ev yandı

"Mən də "Qarabağ"a məruz qaldım" - "Braqa"dan maraqlı VİDEO

"Mən də "Qarabağ"a məruz qaldım" - "Braqa"dan maraqlı VİDEO

Məhkəmə çay evinin sahibini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Məhkəmə çay evinin sahibini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı

"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı

Avronun məzənnəsi ARTDI

Avronun məzənnəsi ARTDI

Metronun eskalatorlarında “insan seli” – Bakı Metropoliteni təhlükə riskinə aydınlıq gətirdi

Metronun eskalatorlarında “insan seli” – Bakı Metropoliteni təhlükə riskinə aydınlıq gətirdi

Çempionlar Liqası: Bu gün daha 6 qarşılaşma baş tutacaq

Çempionlar Liqası: Bu gün daha 6 qarşılaşma baş tutacaq

FAKTİKİ HAVA: Bəzi rayonlara leysan yağır

FAKTİKİ HAVA: Bəzi rayonlara leysan yağır

Bakıda "Prado" sərnişin avtobusu ilə toqquşdu - ANBAAN VİDEO

Bakıda "Prado" sərnişin avtobusu ilə toqquşdu - ANBAAN VİDEO

"Qarabağ" Azərbaycanı UEFA əmsallar cədvəlində 25-ci pilləyə yüksəltdi

"Qarabağ" Azərbaycanı UEFA əmsallar cədvəlində 25-ci pilləyə yüksəltdi

Əvvəl arvadını öldürdü, sonra özünü bıçaqladı - Sumqayıtdakı cinayətin YENİ DETALLARI

Əvvəl arvadını öldürdü, sonra özünü bıçaqladı - Sumqayıtdakı cinayətin YENİ DETALLARI

Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama

Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama

Qusarda ailə DRAMI – Oğul atasını xəstəxanalıq etdi

Qusarda ailə DRAMI – Oğul atasını xəstəxanalıq etdi

Tramp "TikTok"un bloklanmasını təxirə saldı

Tramp "TikTok"un bloklanmasını təxirə saldı

Sabah Bakıda MÜHÜM GÖRÜŞ olacaq

Sabah Bakıda MÜHÜM GÖRÜŞ olacaq

Babək prospektindəki təkər bazarında YANĞIN – VİDEO

Babək prospektindəki təkər bazarında YANĞIN – VİDEO

Bakıya 13 mindən çox turist GƏLƏCƏK

Bakıya 13 mindən çox turist GƏLƏCƏK

Messi komandasına yenə qələbə qazandırdı – VİDEO

Messi komandasına yenə qələbə qazandırdı – VİDEO

Sumqayıtda qadın qətlə yetirildi

Sumqayıtda qadın qətlə yetirildi

Həbsxana həyatı yaşamış dövlət başçıları – ARAŞDIRMA

Həbsxana həyatı yaşamış dövlət başçıları – ARAŞDIRMA

Bundan sonra avtobus ödənişləri belə ola bilər – Azərbaycanda İLK

Bundan sonra avtobus ödənişləri belə ola bilər – Azərbaycanda İLK

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

End of content

No more pages to load

RADİO