Neft Fondu Rusiyaya yatırdığı aktivlərlə bağlı atılacaq addımlara aydınlıq gətirdi

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Rusiyada olan yatırımlarının investisiya portfelindəki xüsusi çəkisi cari ilin üçüncü rübünün sonuna 0,4 % təşkil edib. 

Bizim.Media xəbər verir ki, bunu “Report”a ARDNF-in İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov Rusiya-Ukrayna münaqişəsi fonunda bölgədə baş verən narahatlıqlarla bağlı atılacaq addımlara münasibət bildirərkən qeyd edib. 

“ARDNF-yə Rusiya-Ukrayna münaqişəsi fonunda bölgədə baş verən narahatlıqlara dair mediadan və ictimaiyyətdən haqlı olaraq suallar daxil olur. 

Bildiyiniz kimi Neft Fondu ilk dəfə 2012-ci ildə Moskva şəhərinin biznes mərkəzi olan “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırım etmiş və daha sonra 2013-cü ildə Rusiya Bank VTB ASC-nin səhm payına sahib olub. Bu investisiyalar həyata keçirilərkən aidiyyatı risk, gəlirlik profili, eləcə də həmin investisiyaların ARDNF-in investisiya portfelinə uyğunluğu nəzərə alınıbdır.

ARDNF-in Rusiyada olan yatırımları yalnız adıçəkilən bu investisiyalardan ibarətdir”, - B. Bəhramov bildirib. 

Rusiya ilə bağlı planlara gəldikdə isə B.Bəhramov deyib ki, qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar institusional investorlara öz təsirini xüsusilə göstərməkdədir: “Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişənin Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına təsiri daha böyük olub”. 

ARDNF-in İcraçı direktorunun müşaviri qeyd edib ki, Dövlət Neft Fondunun şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən regional/geosiyasi risklər nəzərə alınaraq qurulub və bu kimi şokları sığortalanmaqla portfelə mümkün təsirləri minimallaşdırmağa yönəlir. 

B. Bəhramov xüsusilə vurğulayıb ki, Dövlət Neft Fondu tərəfindən daima həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm də maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilir. Nəticədə, verilmiş qərarlar ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir. 
Onun sözlərinə görə, Fondun investisiya portfelində maliyyə aktivlərinin çəkisində xüsusi dəyişiklik gözlənilmir: “Ən azı gələn il üçün bu belədir, çünki daha çox həmin çəkilərin daxilində əsasən taktiki dəyişikliklər gözlənilir”. 

Riskli maliyyə alətlərinə gəldikdə isə o qeyd edib ki, 2022-ci ilin üçüncü rübün sonuna olan göstəricilərə əsasən ARDNF-nin investisiya portfelinin 18,7 %-i səhmlərə, 6,4 %-i daşınmaz əmlaka və 12 %-i qızıla investisiya edilib. 

“İnvestisiya portfelində 2012-ci ildən etibarən riskli aktivlərin payının artırılmasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən portfelin qurulmasıdır. Məsələn, bir qayda olaraq səhmlər qısamüddətli dövr üçün riskli maliyyə aləti hesab edilir, lakin uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edir. 

Dövlət Neft Fondunun investisiya portfelinin böyük hissəsini təşkil edən sabit gəlirli qiymətli kağızlar altportfeli əsasən “AAA” kredit reytinqinə malik olan istiqrazlardan ibarətdir. 

Səhm investisiyalarına gəldikdə isə ARDNF rəsmisi vurğulayıb ki, sözügedən portfel 26 inkişaf etmiş ölkənin bazar kapitallaşmasına görə 1 600 ən iri şirkətini əhatə edir. 

Bununla yanaşı, daşınmaz əmlak investisiyalarına nəzər yetirsək, bu portfeldə də əsas məqsəd qlobal diversifikasiyaya nail olmaqdır. Hazırda Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli birbaşa, müstərək və fond investisiyaları vasitəsilə Şimali Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin müxtəlif daşınmaz əmlak sektorlarına aid 500-dən çöx daşınmaz əmlak obyektindən ibarətdir”, - Fondun rəsmisi qeyd edib. 

B.Bəhramov bildirib ki, ARDNF-nin investisiya portfeli daha çox uzunmüddətli xarakter daşıyır:

“Belə olan halda an etibarı ilə portfelin böyük hissəsini alıb-satmaq kifayət qədər mürəkkəb prosesdir və səmərəli hesab edilmir. Bu zaman çox böyük risklərlə qarşılaşma ehtimalı var”. 
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in investisiya portfelinin dəyəri 45,386 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,62 % çoxdur. 

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,8 %-i ABŞ dollarında formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 1,7 faiz bəndi çoxdur. İnvestisiya portfelində avronun payı isə 0,5 faiz bəndi azalaraq 19,5 %-dən 19 %-ə düşüb.Rusiya rublunun payı 0,7 %-dən 0,4 %-ə düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl külçələrə görə həbs olunanlara HÖKM OXUNDU

Qızıl külçələrə görə həbs olunanlara HÖKM OXUNDU

Tramp: “Yeddi ayda Azərbaycan və Ermənistan münaqişəsi də daxil olmaqla, yeddi müharibəni bitirdim”

Tramp: “Yeddi ayda Azərbaycan və Ermənistan münaqişəsi də daxil olmaqla, yeddi müharibəni bitirdim”

Ağdamda mina partlayıb, ölən var - YENİLƏNİB

Ağdamda mina partlayıb, ölən var - YENİLƏNİB

“Xankəndi” səfərdə QALİB GƏLDİ

“Xankəndi” səfərdə QALİB GƏLDİ

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb - FOTO

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb - FOTO

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

1509 taksi sürücüsü İMTAHAN VERDİ

1509 taksi sürücüsü İMTAHAN VERDİ

İsmayıllıda AĞIR QƏZA: Ölən var

İsmayıllıda AĞIR QƏZA: Ölən var

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Eldost Bayram ürək əməliyyatı olundu

Eldost Bayram ürək əməliyyatı olundu

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

End of content

No more pages to load

RADİO